Dünya

Putin, Merkel və Olland Ukraynadan danışdılar

31 Yanvar 2015 22:16
0 Şərh     Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında bu gün telefon danışığı aparılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, tərəflər Ukraynanın şərqindəki münaqişənin nizamlanması üzrə Minskdə keçirilən danışıqların mərkəzində atəşkəsin tezliklə tətbiqi və ağır silahların geri çəkilməsi məsələlərin olmasına ümid ifadə ediblər.

Qeyd edək ki, Ukraynanın şərqindəki münaqişənin nizamlanması üzrə üçtərəfli Təmas Qrupunun Minskdə keçirilən görüşü bu dəqiqələrdə başa çatıb.

Danışıqların nəticələri ilə bağlı hələlik məlumat yoxdur.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.