Dünya

Belə də iş olar? - Qadınlar kişi sifariş edirlər - FOTO

1 Oktyabr 2016 12:41
33 Şərh     Baxış: 12 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada iş stresi səbəbiylə problem yaşayan qadınlar onları rahatlaşdıracaq kişilər sifariş edə bilərlər.

Milli.Az milliyet-ə istinadən bildirir ki, 7.900 yen (78 dollar) qarşılığında göz yaşlarını silmək üçün 'Ikemeso' - yəni yaraşıqlı bir kişi sifariş edilə bilər.

Bunun üçün şirkətə zəng edib, yaraşıqlı yeddi kişidən birini seçirlər. Daha sonra həmin şəxs qadını stresdən azad etmək üçün onun iş yerinə gəlir.

Kişi ofisə daxil olarkən qadın ağlayırsa, yumşaq bir dəsmalla göz yaşlarını silir və nəzakətli sözlərlə ona təsəlli verir. Qadın işlə əlaqədar stresdən hələ ağlamağa başlamayıbsa "Ikemeso" həmin qadına ağladacaq romantik bir film izlətdirir və film bitdikdən sonra da göz yaşlarını silir.

Təhməz Təkin

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.