Dünya

Obama qışqırdı: "Gəl də, kimi gözləyirsən?!" - VİDEO - FOTO

1 Oktyabr 2016 11:44
0 Şərh     Baxış: 3 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin sabiq prezidenti Şimon Peresin Qüds şəhərindəki dəfn mərasimindən Vaşinqtona dönən ABŞ prezidenti Barak Obama tələsirdi. O, təyyarəsinin qapısı önündə duraraq Birləşmiş Ştatların sabiq prezidenti Bill Klintonu tələsdirib.

Milli.Az Sky News-a istinadən bildirir ki, gülümsəyən Barak Obama əlini yelləyərək Klintonu çağırıb: "Gəl! Tələs" Klintonun vidalaşma mərasimində tələsmədiyini görən Obama trapa çıxıb və qışqırıb: "Bill! Gəl də, kimi gözləyirsən?! Gəl, səni evə aparacağam!"

Amma Bill Klinton yenə tələsməyib. Obama səbirsizliklə onu gözləyib və sonucda Klinton trapla aram-aram yuxarı qalxıb, Obama ilə görüşüb.

94 yaşlı Şimon Peres sentyabrın 28-də Təl-Əvivdə vəfat edib. O, sentyabrın 13-də insult diaqnozu ilə hospitala yerləşdirilmiş, elə həmin gün süni koma vəziyyətinə salınmışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Obama qışqırdı:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.