Dünya

Milyonları kövrəldən, aparıcını ağladan an: "O sağdır!" - VİDEO - FOTO

1 Oktyabr 2016 12:05
12 Şərh     Baxış: 6 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyada vətəndaş müharibəsi başlanandan bəri ən çox bombalanan, vurulan, dağıdılan Hələb və İdlib şəhərləridir.

Bu şəhərlər indi xarabazara çevrilib və hər gün, hər saat, hər dəqiqə Hələbdə müharibə canlar alır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 2015-ci ilin sentyabrın 30-da Rusiyanın Hava-Kosmik Qüvvələrinin təyyarələri Suriyada Hələblə İdlibi bombalamağa başlayıb. Bu bombardmanlar nəticəsində indiyədək 20 min nəfərin həlak olduğu bildirilir.

BMT-nin son bəyanatında vurğulanır ki, Hələb və İdlib şəhərlərində hazırda humanitar faciə yaşanır, yüz minlərlə insan real ölüm təhlükəsi ilə üz-üzədir.

Hələbin şərqində 100 min uşaq tələdə qalıb.

Dünən İdlib şəhərində növbəti bombardman zamanı viran qalmış binanın xarabalıqları altından 30 günlük qızcığaz çıxarılıb.

"Əbu Kifah" xeyriyyə-xilasetmə təşkilatının volontyoru qızcığazı bağrına basaraq təcili yardım maşınına aparıb.

Bu zaman könüllü qucağındakı uşağın sağ olduğunu görəndə: "O sağdır!" - qışqırıb, sonra uşağı bağrına basaraq hönkürüb.

Britaniyanın BBC telekanalının məşhur teleaparıcısı Keyt Silverton bu kadrları proqramında nümayiş edərkən canlı yayımda ağlayıb.

Hələb və İdlib şəhərlərində artıq xəstəxanalar da hədəfə alınıb. Hələbin əş-Şəra səmtində iki xəstəxana aviabombardmanlarla darmadağın edilib. Sonucda şəhərdə yaralı uşaqların aparılacağı bir xəstəxana da qalmayıb.

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Milyonları kövrəldən, aparıcını ağladan an:

Milyonları kövrəldən, aparıcını ağladan an:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.