Dünya

Papa Qafqazda münaqişələrin həllinə çağırıb

1 Oktyabr 2016 08:14
0 Şərh     Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Roma papası Frantsisk Gürcüstana səfərinin ilk günündə siyasətçiləri regionda mövcud olan münaqişələrin həllinə çağırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, o, cümə günü Tbilisidə Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşü zamanı bildirib ki, heç bir etnik, dil, dini və ya siyasi fərq "münaqişələrin əbədi faciəyə" çevrilməsi üçün istifadə oluna bilməz.
Frantsisk, həmçinin "beynəlxalq hüquq çərçivəsində hər bir dövlətin hüquq və suverenliyinə riayət etməyə çağırıb. Papa Gürcüstana sülh və inkişaf yolunda çiçəklənmə və uğur arzu edib. Onun sözlərinə görə, bu yolun vacib şərti regionda ölkələr və xalqlar arasında sülh şəraitində yaşamaqdır ki, bunun üçün də onların arasında etimad və hörmətin möhkəmlənməsi lazımdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.