Dünya

Meksikada hərbi patrula hücum: 6 ölü, 9 yaralı

1 Oktyabr 2016 08:18
0 Şərh     Baxış: 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikada hərbi patrula hücum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Sinaloa ştatının Kuliakan şəhəri yaxınlığında baş vermiş hadisə nəticəsində 6 nəfər ölüb, 9 hərbçi yaralanıb.
 
Məlumata görə, hərbi karvan daha əvvəl hərbçilərlə atışma zamanı yaralanmış cinayətkarı müşayiət edirmiş. Hərbçilərə hücumun məqsədi onun qaçırılması olub. Basqınçılar istəklərinə nail ola biliblər.
 
Döyüş nəticəsində iki hərbi maşın tamamilə yanıb. Maşınlarda olan hərbçilər çıxa bilməyiblər və diri-diri yanıblar. Mafiya üzvləri arasındakı itkilər barədə məlumat yoxdur.
 
Ordu rəsmiləri hücumun arxasında "Bəstəboy" ləqəbli narkobaron Xoakin Qusman Loeranın oğullarının durduğunu bəyan ediblər. "Bəstəboy" qüdrətli "Sinaloa" narkotik kartelinin başçısıdır. O, bu ilin yanvarında həbs edilib və ABŞ-la sərhəddəki həbsxanada saxlanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.