Dünya

Meksikada güclü yağış: 5 nəfər öldü

1 Oktyabr 2016 08:33
0 Şərh     Baxış: 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikada yağan güclü yağış nəticəsində 5 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ölüm faktları Duranqo ştatında qeydə alınıb.
 
Məlumata əsasən, 3 nəfər avtomobildə, daha 2 nəfər müxtəlif tikililərdə olarkən boğulublar.  Bəzi yaşayış evlərində suyun hündürlüyünün 1,1 m çatdığı bildirilir. Səkkiz saat ərzində Duranqo ştatına 97 mm yağış düşüb. Bu, illik normanın 20%-ni təşkil edir. Bölgədə axtarış-xilasedici əməliyyat davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.