Dünya

Təyyarədə HƏYƏCAN - Təcili eniş etdi

30 Sentyabr 2016 15:05
0 Şərh     Baxış: 1 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rumıniya Hava Yolları" (TAROM) şirkətinə məxsus sərnişin təyyarəsi məcburi eniş edib. 

Milli.Az report-a istinadən bildirir ki, Buxarest-Amsterdam marşurutu üzrə hərəkət edən və göyərtəsində 117 sərnişin olan avialayner yaranmış texniki nasazlıq səbəbindən yenidən paytaxtın "Otopeni" hava limanına qayıdıb. 

Hava limanının sözçüsü Valentin İordaken bildirib ki, hazırda təyyarədə yaranan nasazlıq aradan qaldırılır: "Qısa zamanda texniki nasazlıq aradan qaldırılsa, sərnişlər bu təyyarə ilə yola salınacaq. Əks təqdirdə onlar üçün yeni təyyarə ayrılacaq və ya digər xətlərlə yola salınacaqlar. Bu barədə qərarı isə şirkət verəcək".

Qeyd edək ki, bu, "Otopeni" hava limanında son bir həftədə baş verən ikinci belə analoji hadisədir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.