Dünya

Mahmud Abbas İsraildə Netanyahunun əlini sıxdı - VİDEO

30 Sentyabr 2016 13:50
1 Şərh     Baxış: 1 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin baş naziri Binyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbas eks-prezident Şimon Peresin dəfn mərasimində görüşüb, bir-birilərinin əlini sıxıblar.

Milli.Az azvision.az-a istinadən bildirir ki, liderlərin bu jesti dünya mətbuatı tərəfindən maraqla qarşılanıb. 

Mahmud Abbası dəfn mərasimində yüksək vəzifəli məmurlar müşayiət edir. 

Xatırladaq ki, çərşənbə günü Abbas Peresin ailəsinə başsağlığı məktubu göndərib. 

Qeyd edək ki, dəfində ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland, Kanada baş naziri Ceysin Tryudo və digər rəsmilər də iştirak edir. Barak Obamanın mərasimdə xüsusi nitqlə çıxış edəcəyi gözlənilir. 

Azərbaycanı Peresin dəfnində Baş nazirin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. 

Qeyd edək ki, Ş. Peres sentyabrın 28-də 94 yaşında vəfat edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mahmud Abbas İsraildə Netanyahunun əlini sıxdı

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.