Dünya

Əvvəl atasını güllələdi, sonra məktəbi gülləbaran etdi - VİDEO - FOTO

29 Sentyabr 2016 09:53
1 Şərh     Baxış: 1 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Cənubi Karolina ştatındakı Taunvill şəhərində yerləşən ibtidai məktəbdə (Townville Elementary School) gülləbaran törətmiş 14 yaşlı yeniyetmə əvvəlcə atasını güllələyibmiş.

Milli.Az Daily News-a istinadən bildirir ki, ibtidai məktəbdəki gülləbaranda 3 nəfər yaralanıb. 6 yaşlı yaralı uşağın vəziyyəti isə kritikdir.

Atışma yerli vaxtla 13:45 radələrində olub. Tapança ilə silahlanmış yeniyetmə məktəbin həyətindəki uşaq meydanında qarşısına çıxan hər kəsə atəş açmağa başlayıb.

6 yaşlı iki  uşaq və qadın müəllim yaralanıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Reuters bildirir ki, tapança ilə silahlanmış 14 yaşlı yeniyetməni volontyor yanğınsöndürən Ceymi Brok zərərsizləşdirib. Məhz Brokun sayəsində silahlı yeniyetmə məktəbin binasına daxil ola bilməyib.

Yeniyetmə tutulandan az sonra polis məktəbdən 3 kilometr aralıda 47 yaşlı kişinin cəsədini aşkarlayıb. Bu cəsəd məktəbdə atışma törədən yeniyetmənin atası idi.

"Yeniyetmə əvvəlcə atasını güllələyərək qətlə yetirib, sonra məktəbə yollanıb və orada atəş açmağa başlayıb. Bu yeniyetmənin əlbir olduğu adamlar yoxdur", - Taunvill şerifinin idarəsinin yetkilisi, polis zabiti Qarland Meycor deyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Əvvəl atasını güllələdi, sonra məktəbi gülləbaran etdi - 1

Əvvəl atasını güllələdi, sonra məktəbi gülləbaran etdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.