Dünya

İndoneziyada İŞİD-ə qoşulmaq istəyən 7 nəfər saxlanılıb

29 Sentyabr 2016 08:43
2 Şərh     Baxış: 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyada İŞİD terror qruplaşmasına qoşulmaq üçün Suriyaya getmək istəyən 7 nəfər saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, onların paytaxt Cakartanın beynəlxalq hava limanında saxlanıldığı bildirilir.
 
"İndoneziyada 2003-cü ildə qəbul edilən "Terrorçuluğa qarşı mübarizə haqqında" qanuna əsasən, tutulanların yalnız 3-ə qarşı müvafiq ittiham irəli sürüləcək. Digər 4 nəfər şahid qismində dindiriləcək. Terrorizmlə mübarizəni gücləndirmək məqsədilə yaxın zamanlarda adıçəkilən qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulub ", deyə yerli polis nümayəndəsi bildirib.
 
Qeyd edək ki, yanvarın 14-də Cakartada törədilən hücum nəticəsində 2 nəfər ölmüş, 5 terrorçu məhv edilmişdi. Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.