Dünya

Ərdoğan Tvitter-də rekord qırır

28 Sentyabr 2016 20:49
2 Şərh     Baxış: 1 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tvitter hesabından son 3 ay ərzində etdiyi paylaşımlar 160 milyon dəfə görüntülənib, 2 milyon 700 min istifadəçi tərəfindən bəyənilib.

Qafqazinfo-nun "Milliyet"ə istinadən verdiyi məlumata görə, Türkiyə prezidentinin tvitlərini 1 milyon istifadəçi öz hesablarından paylaşıb, 217 min istifadəçi isə şərh yazıb. 

Ərdoğanın ən çox paylaşılan tiviti isə avqustun 7-də Yenikapıda keçirilən "Demokratiya və Şəhidlər mitinqi"nə dair yazdığı "Bu gün #TəkMillətTəkÜrək deyərək nəcibliyini bütün dünyaya bir daha nümayiş etdirən millətimə təşəkkür edirəm" yazısı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.