Dünya

Klinton Peresin dəfnində iştirak üçün İsrailə gedir

28 Sentyabr 2016 20:30
1 Şərh     Baxış: 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın keçmiş prezidenti Bill Klinton İsrailin sabiq prezidenti Şimon Peresin dəfn mərasiminə qatılmaq üçün İsrailə gedəcək.

Qafqazinfo-nun məlumatına görə, Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton isə İsrailə səfər planlaşdırmır.

Qeyd olunur ki, H.Klinton dəfn mərasimi zamanı Şimali Karolina ştatının Şarlott şəhərində keçirilən seçkiqabağı təşviqat kampaniyasında iştirak edəcək.

Xatırladaq ki, İsrailin eks-prezidenti Şimon Peres 93 yaşında insultdan dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.