Dünya

Erməni əsgərin atası: "Oğlumu qəsdən öldürüblər"

28 Sentyabr 2016 14:49
1 Şərh     Baxış: 1 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində 19 yaşlı Arman Qandilyan adlı Ermənistan hərbçisinin qəsdən öldürüldüyü iddia edilir.

Milli.Az report-a istinadən bildirir ki, bunu onun atası Alik Qandilyan deyib.
"Rəsmi açıqlamaya əsasən, oğlum "döyüş növbəsində olarkən, qaydaları pozduğu üçün" ölüb. Ancaq mən onun güllələnərək öldürüldüyünü düşünürəm. Çünki hadisədən bir neçə gün əvvəl onun pulunu və şəxsi əşyalarını oğurlamışdılar. Bununla bağlı yaranmış mübahisənin davam etdiyini və postda onun öldürüldüyündən şübhələnirəm. Mənə verilən arayışa görə, müqavilə əsasında hərbi xidmət edən, növbətçiliyə məsul şəxs Ayk Seyranyan xidməti qaydaları pozaraq sayıqlığı itirib və vəzifəsinin öhdəsindən gələ bilməyib. O, növbə zamanı Arman Qandilyanı görə bilmədiyindən atəş açıb. Qətldə şübhəli bilinən Seyranyan isə deyib ki, elə bilib türklərdir (azərbaycanlılardır) və qorxudan atəş açıb", - deyə o vurğulayıb.
Qeyd edək ki, A.Qandilyan bu il sentyabrn 7-də ölüb. O, Ermənistanın Qexarkunik vilayətinin Qavar (əvvəlki adları Yeni Bəyazet, Nor-Bəyazet, Kamo olub) komissarlığı tərəfindən bir il əvvəl hərbi xidmətə çağırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.