Dünya

Köçəryanı Sərkisyanın yerinə hazırlayırlar

28 Sentyabr 2016 10:14
2 Şərh     Baxış: 1 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ermənistanda hakimiyyət Serj Sərkisyandan Robert Köçəryana keçəcək".

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu hazırda həbsdə olan Ermənistan prezidentliyinə eks-namizəd Andrias Qukasyan öz vəkilləri vasitəsilə yaydığı bəyanatda söyləyib.
 
Onun sözlərinə görə, Aleksandr Arutyunyanın Prezident Aparatı sədrinin müavini təyin edilməsi ölkədə baş verən bütün dəyişikliklərin sadəcə gözdən pərdə asmaq xətrinə edildiyini göstərir:
 
"Bununla Sərkisyanın yerinə Köçəryanın gətirilməsi prosesi aparılır. Erməni kriminal oliqarxiyası əldə etdiyi qənimətlərin xilası üçün yollar axtarır".
 
Qeyd edək ki, Andrias Qukasyan 2016-cı ilin iyununda həbs edilib. O, kütləvi iğtişaşların təşkilində günahlandırılır. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.