Dünya

Liviya ordusu Rusiyadan silah istədi

28 Sentyabr 2016 09:59
0 Şərh     Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Liviya ordusunun baş komandanı general Xəlif Xaftar Rusiya rəhbərliyindən silah və hərbi texnika tədarük etməyi xahiş edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "İzvestiya" nəşrinə Rusiya diplomatik dairələrinə yaxın olan mənbə deyib.   
 
Məlumata görə, liviyalı generalın müraciətini ötən gün axşam saatlarında Rusiya tərəfinə Xəlif Xaftarın xüsusi elçisi, Liviyanın Səudiyyə Ərəbistanındakı səfiri Abdel Basset əl-Bədri təqdim edib. Abdel Basset əl-Bədrini Moskvada Rusiya prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi, XİN rəhbərinin müavini Mixail Boqdanov qəbul edib.  
 
"Görüş həqiqətən baş tutub. Əl-Bədri Moskvaya birgünlük səfər edib. Boqdanovla görüş zamanı embarqonun ləğv olunması və silah tədarükünün bərpası məsələsi müzakirə edilib. Liviyalılar atıcı silahlarla yanaşı, hərbi texnika, o cümlədən, təyyarələrin də tədarük olunmasını xahiş edirlər", - deyə mənbə nəşrə bildirib.     
 
Liviyaya silah tədarükünə qadağa 2011-ci ildə, ölkə lideri Müəmmar Qəzzafiyə qarşı üsyanın  qızğın çağında qoyulub.   
 
Qeyd edək ki, Xəlif Xaftar 2014-cü ildə seçilmiş parlamentə loyal olan Liviya ordusuna komandanlıq edir.  Parlament BMT-nin dəstəyi ilə Tripolidə yaradılan milli həmrəylik hökumətini dəstəkləməkdən imtina edib.   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.