Dünya

İran neft hasilatını məhdudlaşdırmayacaq

27 Sentyabr 2016 23:32
0 Şərh     Baxış: 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran neft hasilatını məhdudlaşdırmayacaq, əksinə, hasilat həcmini sutkada 4 mln. barelədək artırmaq niyyətindədir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Əlcəzairdə keçirilən beynəlxalq enerji forumunda İranın neft naziri Bijan Namdar Zanqane bildirib.    
 
"Biz OPEK-in məşvərət görüşündə saziş imzalamağa can atmırıq. İran neft hasilatını məhdudlaşdırmayacaq və hasilat həcmini sutkada 4 mln. barelədək artırmaq niyyətindədir", - deyə nazir qeyd edib.
 
O qeyd edib ki, İran OPEK-də əvvəlki payını -  üzv ölkələrin hasil etdiyi neftin ümumi həcminin  13 faizini qaytarmalıdır: "Bunun üçün İran sutkada 4,4 mln. barel neft hasil etməlidir"
 
Bijan Namdar Zanqane neft hasilatının kvotalaşdırılmasında  əvvəlki sistemin - hər ölkə üçün müəyyən limitin təyin edilməsi  (hazırda  bütün təşkilat üçün ümumi hədd müəyyənləşdirilir -red.) sisteminin bərpa olunmasının vacibliyini qeyd edib.  
 
Qeyd edək ki, İran iyun-iyul aylarında sutkada 3,8 mln. barel neft hasil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.