Dünya

Məshəti türklərinin 100-dən çox ailəsi Ukraynadan Türkiyəyə köçəcək

27 Sentyabr 2016 17:41
1 Şərh     Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrda 108 məshəti türk ailəsi daimi yaşayış üçün Ukraynadan Türkiyəyə köçəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə ölkənin şərqində Ərzincan vilayətinin Üzümlü rayonunun administrasiya rəhbəri Fatih Acar deyib. 

"Rayonumuzda 108 məshəti türk ailəsinin yerləşdirilməsi üçün hazırlıq işləri başa çatıb.

Türkiyənin Maliyyə Nazirliyi xətti ilə ayrılmış vəsait hesabına onlar üçün məişət əşyaları, o cümlədən soyuducu, televizor və mebel alınıb. Həmvətənlərimiz Ukraynadan Üzümlüyə oktyabrda gələcəklər. Onları səbirsizliklə gözləyirik".

Məshəti türkləri (Axıska türkləri) - Gürcüstanın cənubi-qərbində yerləşən Məshəti vilayətindən olan subetnik türk qrupudur. 1944-cü ildə Özbəkistan, Qazaxıstan və Qırğızıstana (115 min nəfər) deportasiya ediliblər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.