Dünya

Deputatlığa namizədlər arasında əlbəyaxa dava - VİDEO

27 Sentyabr 2016 16:46
0 Şərh     Baxış: 1 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda canlı efirdə deputatlığa namizədlər arasında əlbəyaxa dava düşüb.

Milli.Az azvision.az-a istinadən bildirir ki, davanın görüntüləri "Youtube" portalında yerləşdirilib.

İberiya telekanalının canlı efirində İrakli Qlonti ilə Zaza Aqlaze üz-üzə gəlib. Qlonti rəqibi Aqladze və tərəfdarlarını Rusiyapərətstlikdə ittiham edib.

Aqladze buna cavab olaraq opponentinə su ilə dolu stəkan atıb. Qlonti də öz növbəsində qarşında olan stəkanı rəqibinə atıb. 

Aparıcı siyasətçiləri ayırmağa çalışsa da, buna nail ola bilməyib. Deputatlığa namizədlər əlbəyaxa olublar. Veriliş yarımçıq dayandırılıb. 

Məlumat üçün İrakli Qlonti "Paata Burçuladzenin - Xalq üçün dövlət bloku"nu təmsil edir, bura sabiq prezident Mixail Saakaşvilinin tərəfdarları daxildir. Zaza Aqladze "Topadzenin - Sənayeçilər, Bizim vətən bloku"nu təmsil edir. Bu blok Tbilisinin NATO və Aİ daxil olmaqdan imtina etmək hesabına Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına tərəfdardır.

Qeyd edək ki, sentyabrın 22-də də Gürcüstanda parlament seçkiləri öncəsi deputatlığa namizədlərin debatı zamanı insident yaşanmışdı.

İnsident Kvemo Kartli TV-nin studiyasında canlı yayım zamanı qeydə alınmışdı. 

Belə ki, azərbaycanlı namizəd Polad Xəlilovla Demokratik Hərəkat-Vahid Gürcüstan Partiyasının namizədi Qurqenaşvili dialoq dava ilə nəticələnib. Namizədləri sakitləşdirmək cəhdi uğursuz alınıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Deputatlığa namizədlər arasında əlbəyaxa dava düşdü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.