Dünya

Ermənistanda 3 yeni nazir təyinatı - YENİLƏNİB

27 Sentyabr 2016 17:23
0 Şərh     Baxış: 1 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:23

Ermənistan prezidenti Serj Sarkisyan yeni təbiətin qorunması naziri təyin edib.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu vəzifəyə Arçvik Minasyan təyin edilib. Arçvik Minasyan bundan öncə Ermənistanın iqtisadiyyat naziri olub. 

Sarkisyan daha bir nazir təyinatı həyata keçirib. Ermənistan prezidenti Serj Sarkisyan İctimai Radio və Televiziya Şirkətinin Şura üzvü Armen Amiryanı vəzifədən azad edib.

Sarkisyanın digər sərəncamı ilə Armen Amiryan Ermənistanın mədəniyyət naziri təyin edilib. 

Qraçya Rostamyan isə idman və gənclər naziri təyin olunub. Daha əvvəl bu vəzifəni Qabreil Kazaryan tutub.

----------

14:12

Ermənistan parlamenti bu gün növbədənkənar seçkilər zamanı "Ermənistan hökumətinin strukturu" haqqında qanunu ilkin müzakirələr zamanı qəbul edib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, qanun layihəsinin lehinə 77, əleyhinə isə iki deputat səs verib. 9 deputat isə fikir bildirməkdən imtina edib. 

"Düzəlişlərə əsasən, Ermənistanda bir sıra nazirliklər və qurumlar ciddi struktur dəyişikliklərinə məruz qalacaq. Dörd nazirlik isə tamamilə ləğv olunacaq", - deyə Ermənistanın ədliyyə naziri Arpine Ovannisyan bildirib. 

Onun sözlərinə görə, Energetika və Təbii Sərvətlər Nazirliyinin adı dəyişdirilərək Enerji İnfrastrukturu və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi isə İnvestisiya və Sahibkarlığa Yardım Nazirliyi, Nəqliyyat və Rabitə Nazirliyi isə Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi olacaq. Şəhərsalma Nazirliyi isə ləğv olunacaq. Onun əvəzinə bu səlahiyyətləri Arxitektura və Tarixi-Mədəni Dəyərlərin qorunması üzrə Dövlət Komitəsi yerinə yetirəcək. 

Ovannisyan vurğulayıb ki, dəyişikliklər hökumətin yeni prioritetləri ilə bağlıdır.

Parlamentin spikeri Qalust Saakyan bəyan edib ki, qanun layihəsinin müzakirəsi ikinci oxunuşda davam edəcək. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.