Dünya

Humanitar ixtisasları LƏĞV EDİRLƏR

27 Sentyabr 2016 13:35
3 Şərh     Baxış: 2 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın bir sıra ali məktəblərində humanitar ixtisaslar ləğv edilir.

Milli.Az publika.az-a istinadən bildirir ki, artıq ölkənin təhsil naziri Xakubun Şimomura bununla bağlı 86 universitetə məktub göndərib.
Məktubda tələbata cavab verən cəmiyyətin daha yaxşı olduğu əsas gətirilərək humanitar və sosial elmlər üzrə tədris proqramlarını azaltmaq və ya ləğv etmək tövsiyə edilir.
Ölkənin ən yaxşı universitetləri - Tokio və Kiotobu təklifi qəbul etməsə də, 17 ali məktəb humanitar proqramların bağlanmasını elan edib. Daha doqquz universitet isə sayı azaltmağa razılaşdığını bildirib. Belə ki, bu təkliflə razılaşan universitetlər bundan sonra hüquqşünasları, iqtisadçıları, politoloqları, sosioloqları və digər humanitar sahə üzrə mütəxəssisləri hazırlamayacaq.
Ekspertlərin isə məsələyə yanaşması fərqlidir.  Belə ki, sosial elmlərin ləğvinin ölkənin  iqtisadi siyasətin dəyişməsi haqqında siqnal olduğu bildirilir.
Bununla da ölkə ölkə sənaye iqtisadiyyatına qayıdır və bu çox pis hal hesab edilir. Ekspertlər hesab edirlər ki, bəlkə də,  1960-70-ci illər  yapon iqtisadiyyatı üçün bu yaxşı addım ola bilərdi. Lakin ölkələr varlanır, onlar xidmət sahəsinə daha çox söykənməyə başlayırlar.
Bu gün Yaponiya iqtisadiyyatın məhsuldarlıq baxımdan Amerika iqtisadiyyatından əhəmiyyətli dərəcədə geri qalır. Əgər Tokio onu yüksəltmək istəyirsə, o zaman ona  yalnız mühəndislər lazım olmayacaqlar. Onun həm də menecerlər, analitiklər, maliyyəçilər, hüquqşünaslara ehtiyacı olacaq.
Ölkənin təhsil sistemindəki bu dəyişiklik siyasi narazılığa da səbəb ola bilər. Belə ki, ali məktəb müəllimləri bu ixtisasların ləğvi ilə bağlı qərar nazirliyin rəsmi mövqeyini əks etdirmədiyini düşünürlər. Onların fikrincə, bu, nazirlikdəki hansısa əməkdaşın yanaşmasıdır. Əgər kiçik bir məmurun təşəbbüsü ölkə təhsilində bu qədər ciddi dəyişikliyə səbəb olacaqsa, o zaman vətəndaşlarda hökumətin şəffaflığına və məsuliyyətinə şübhə yaratmış olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.