Dünya

Hərbçilər "Megi" tufanına hazırlaşırlar

27 Sentyabr 2016 12:06
0 Şərh     Baxış: 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Megi" tufanı nəticəsində Tayvan adasında işıqsız qalan evlərin sayı 210 mini ötüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, cari il ərzində adanı cənginə alan artıq 17-ci tayfundur.

Sentyabrın 27-də bir çox şəhər və qəzalarda tufan səbəbindən məktəblər və ofislər, bir çox avtomobil yolları bağlanıb. Ən güclü zərbə isə günün sonunda, tufanın əsas cəbhəsi adaya gəlib çatanda gözlənilir. Bir qədər əvvəl sürət qatarlarının hərəkəti tam dayandırılıb. Bu səhər isə 350-yə yaxın aviareys ləğv olunub və ya təxirə salınıb.

Milli Müdafiə Nazirliyi təbii fəlakətin mümkün nəticələrinin aradan qaldırılmasına 35 mindən çox əsgər və çoxsaylı texnika səfərbər edib. Adanın bütün ərazisində insanların evakuasiyası üçün nəzərdə tutulan 92 hərbi düşərgə yaradılıb.

Çinin milli meteoroloji bürosunun məlumatına görə, tayfun ölkənin materik hissəsinin sahillərinə sentyabrın 28-də çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.