Dünya

Səudiyyə kralı nazirlərin maaşlarını kəsdi

27 Sentyabr 2016 08:59
0 Şərh     Baxış: 1 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz əs-Səud sərt qənaət tədbirləri çərçivəsində dövlət qulluqçularının əmək haqlarını azaldıb, eləcə də, nazirlərin maaşlarını 20 faiz kəsib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə bazar ertəsi Qərb mətbuatı yazıb.
Bundan əlavə, kralın fərmanına əsasən, Krallığın qanunverici orqanı sayılan Məclis əş-Şuranın 160 nəfərlik tərkibi 15 faiz azaldılacaq. Səudiyyə hakimiyyəti, xüsusilə məmurlar üçün sərf olunan mənzil, mebel və şəxsi nəqliyyat xərclərini azaldacaq.
Ər-Riyad görüləcək bu tədbirlər nəticəsində nə qədər pula qənaət olunacağını açıqlamayıb.
KİV-in məlumatına görə, 2014-cü ildən başlayaraq neftin qiymətlərinin kəskin aşağı düşməsi nəticəsində Krallığın büdcə kəsiri rekord həddə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.