Dünya

Yəhudilər ermənilərə qarşı: "Rədd olun buradan"

26 Sentyabr 2016 17:07
0 Şərh     Baxış: 1 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qüdsdə erməni kilsəsində qalmaqal salaraq kilsə xorunun oxumasına mane olan "Lehava" təşkilatının sədri Bentsi Qopşteyn və təşkilatın üzvü polis tərəfindən saxlanılıblar.

Milli.Az azvision.az-a istinadən bildirir ki, hadisə Qüdsdə təşkil edilən mədəniyyət festivalında baş verib. 

Təşkilat üzvləri Qüdsdə erməni kilsəsinin xor oxuduğu zaman zala daxil olaraq uca səslə: "Rədd olun, Suriyaya qayıdın", - deyə etirazlarını bildiriblər. Nəticədə xor öz çıxışını dayandırıb. Hadisə yerinə gələn polis aktivistləri həbs edib. 

Qeyd edək ki, radikal çıxışları ilə tanınan "Lehava" təşkilatı qeyri-yəhudilərin assimilyasiya edilməsinə və qarışıq nikahlara qarşı çıxır. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.