Dünya

Mənzildən pis qoxu gəldi: açıb içəri daxil olarkən... - FOTO

26 Sentyabr 2016 16:30
7 Şərh     Baxış: 19 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyoğlunda tükürpədici olay qeydə alınıb.

Milli.Az gazetevatan-a istinadən bildirir ki, Beyoğlunda Mərakeş əsilli bir qadın bıçaqlanaraq öldürülüb.

Hadisə, 18 sentyabr - bazar günü Bəyoğlu Kocatepe Mahallesi Çaylak küçəsindəki 6 mərtəbəli binanın 2-ci mərtəbəsində qeydə alınıb. Məhəllə sakinləri 39 nömrəli binadan pis qoxular gəlməsi haqda polisə məlumat veriblər. Hadisə yerinə gələn polis qrupları pis qoxunun binanın 2-ci mərtəbəsindən gəldiyini müəyyən edib. Evə girən polislər 35 yaşlı Mərakeş əsilli olduğu öyrənilən Asma Bobdionenin cansız bədəni ilə qarşılaşıblar. Qadının bədəninin müxtəlif yerlərində 6 bıçaq zərbəsi olduğu öyrənilib. 

Polis cinayətlə bağlı istintaqa başlayıb.

Təhməz Təkin

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.