Dünya

Baş nazir toy karvanını saxlatdırdı - VİDEO

26 Sentyabr 2016 12:55
14 Şərh     Baxış: 5 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin baş naziri Binəli Yıldırım yolda gördüyü gəlin maşınını saxlatdırıb.

Milli.Az lent.az-a  istinadən bildirir ki, "Haliç" sarayında toyda iştirak edən Binəli Yıldırım Çekmeköydəki toplantıya gedərkən yolda gəlin maşını görüb. Sürücüdən maşını saxlamasını istəyən nazir toy karvanına işarə edərək dayanmasını xahiş edib. Burada bəy və gəlinlə görüşən Türkiyənin hökumət başçısı onlara xeyir-dua verib, həmçinin hədiyyələr təqdim edib.

Yeni evlənənləri yola salandan sonra yerli ticarətçilərlə söhbət edən Binəli Yıldırım xatirə fotosu çəkdirdikdən sonra yoluna davam edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Baş nazir toy karvanını saxlatdırdı

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.