Dünya

Terrorçuların lideri: "Vaxtım çatmayınca, ölməyəcəyəm!" - VİDEO - FOTO

26 Sentyabr 2016 11:36
2 Şərh     Baxış: 1 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nigeriyadakı "Boko Haram" terror qruplaşmasının lideri Abubakar Şekau yeni videomüraciətini yayıb.

İŞİD-ə "sədaqət andı" içmiş bu qruplaşmanın rəhbərinin avqust ayında aviazərbələr nəticəsində həlak olduğu deyilirdi.

Milli.Az CNN-ə istinadən bildirir ki, 40 dəqiqəlik videomüraciətdə Şekau ərəb, hauza və kanuri dillərində danışıb.

"Vaxtım çatmayınca, ölməyəcəyəm. Hər insanın nə qədər yaşayacağına insanlar yox, Allah qərar verir!" - Şekau deyib.

Bir qədər əvvəl İŞİD bəyanat yayaraq "Boko Haram"ın lideri Şekaunun həlak olduğunu və qruplaşmaya Əbu Müsəb əl Bərnavinin başçılıq etdiyini demişdi.

Şekau bununla bağlı deyib: "Hələ də bu təşkilatın rəhbəriyəm. Tərəfdarlarım arasında isə xəyanətkarlar var".

2009-cu ildə "Boko Haram"ın banisi Məhəmməd Yusuf həlak olandan sonra Əbubakar Şekau qruplaşmaya rəhbərlik etməyə başlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.