Dünya

Ancelina Coli BMT-nin baş katibi olmaq istəyib, boşanıb - FOTO

25 Sentyabr 2016 22:05
9 Şərh     Baxış: 4 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur aktyorlar, Hollivud ulduzları Ancelina Coli və Bred Pittinin ailəsinin dağılmasının əsl səbəbi bəlli olub.

42 yaşlı A.Colinin məhkəməyə boşanma ərizəsi ilə müraciət etməsi onun siyasi ambisiyaları ilə bağlıdır.

Milli.Az TMZ-yə istinadən bildirir ki, A.Coli BMT-nin baş katibi seçilmək istəyir və buna görə iki siyasi məsləhətçi də tutub. 52 yaşlı Bred Pitt isə BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarının sülhməramlı səfiri olan xanımının xeyriyyəçilik fəaliyyətinə əsla mane olmayıb. Lakin Pittin səbr kasasını daşdıran məqam Colinin münaqişə zonalarına uşaqları ilə birlikdə yollanması olub.

Bred Pittlə Ancelina Coli arasındakı son mübahisə isə aktrisanın Suriyaya uşaqlarını da aparmaq istəyi idi.

A.Coli məhkəməyə boşanma ərizəsi ilə müraciət etməzdən 3 həftə əvvəl Malibuda ayı 95 min dollardan kirayə villa tutub. Hazırda aktria 6 övladı ilə birlikdə bu villada yaşayır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.