Dünya

ABŞ-da universitet yaxınlığında gülləbaran: 1 ölü, 3 yaralı

25 Sentyabr 2016 20:22
0 Şərh     Baxış: 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ polisi bu gün İllinoys ştatında İllinoys Universitetinin şəhərciyi yaxınlığında naməlum şəxsin açdığı atəş nəticəsində 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını təsdiq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yaralıların durumu orta ağırdır. Bir nəfər isə atəş açılan yerdən qaçarkən avtomobilə çırpılıb, yüngül xəsarət alıb.
 
Cinayətkarın saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.
 
Qeyd edək ki, bundan öncə Massaçusets ştatındakı Boston şəhərində Emerson kollecinin yerləşdiyi Tremon-Strit küçəsində Asiya və Latın Amerika əsilli iki şəxs insanlara bıçaqla hücum edib və 6 nəfəri yaralayıb

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.