Dünya

ABŞ-da silahlı hücum: 15 nəfər yaralandı

25 Sentyabr 2016 12:51
0 Şərh     Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın İllinoys və Massaçusets ştatlarında təhsil müəssisələri yaxınlığında insanlara silahlı hücum olub.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, İllinoys Universitetinin yaxınlığında naməlum şəxsin açdığı atəş nəticəsində 9 nəfər xəsarət alıb.

Universitet administrasiyası tələbələrə təhlükə barədə xəbərdarlıq edib. Hadisə yerinə polis və təcili yardım avtomobilləri gəlib. Atəş açan şəxsin universitet kampusunu tərk etdiyi bildirilsə də, tələbələrə əraziyə yaxınlaşmamaq tövsiyə olunur. "Qrin-stritdən və ikinci küçədən uzaq durun", - deyə universitet saytında xəbərdarlıq edilir.

Bundan öncə Massaçusets ştatındakı Boston şəhərində Emerson kollecinin yerləşdiyi Tremon-Strit küçəsində Asiya və Latın Amerika əsilli iki şəxs insanlara bıçaqla hücum edib və 6 nəfəri yaralayıb. 

Emerson kollecinin rəhbərliyi kollecin yataqxanasının yaxınlığında baş verən olayla bağlı tələbələrin elektron ünvanlarına xəbərdarlıq məktubu göndərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.