Dünya

Hələbdə 1,75 million insan susuz qalıb - FOTO

24 Sentyabr 2016 22:08
0 Şərh     Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT Suriyanın Hələb şəhərinə intensiv hücumlarının 1.75 million insanı susuz qoyduğunu bildirir.

BMT-nin Uşaq Agentliyiinin bəyanatında deyilir ki, əsas su electrik stansiyasına dəyən zərərin hücumların davam etməsinə görə təmiri mümkün deyil.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, UNİCEF uşaqların xilası naminə su infrastrukturuna hücumların dayandırılması və stansiyanın təmirinə yol verilməsinə çağırıb.

Suriyada Əsəd hakimiyyəti üsyançıların əlində olan rayonları bombalamaqda bu gün də davam edib. Bu barədə "Reuters" xəbər yayıb. Bunu İnsan Hüquqları Müşahidəçiləri mərkəzi də təsdiqləyib.

Sentyabrın 24-də Hələbin şərq hissəsinə hava zərbələri endirilib. Şəhər sakinləri bildiriblər ki, bombalama nəticəsində 50-yə yaxın adam ölüb, onların arasında uşaqlar da var. Bundan əvvəl isə Hələb xəstəxanasından bildirilmişdi ki, minomyot hücumları nəticəsində 90-dan çox adam ölüb.

Sentyabrın 22-də hakimiyyət elan edib ki, müxalifətin əlində olan rayonlara hücumları davam etdirəcək.

Rusiya və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən atəşkəs Hələbə gedən humanitar karvana hücumdan sonra pozulub.
Amerika hərbçiləri bunda Moskva hərbi aviasiyasını günahlandırıb. Moskva isə ittihamları rədd edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.