Dünya

ABŞ-da qaradərili belə öldürüldü - VİDEO

24 Sentyabr 2016 21:56
3 Şərh     Baxış: 1 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Şarlott şəhərində polis əməkdaşları tərəfindən öldürülən qaradərilinin həyat yoldaşı ərinin öldürülmə anının əks olunduğu videonu dərc edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qeyd olunan insident Şarlott şəhərində bir neçə gün davam etmiş kütləvi iğtişaşlara və şəhərdə komendant saatının elan edilməsinə səbəb olub. Asayişi bərpa etmək üçün şəhərə hətta ABŞ Milli Qvardiyasının bölmələri yeridilib.  
 
Öldürülən 40 yaşlı Kit Lamont Skottun yaxınları onun silahsız olduğunu, polis isə üzərində tapançanın olduğunu iddia edir.
 
Kit Lamont Skotta atəş açan polis əməkdaşının qaradərili olduğu bildirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

ABŞ-da qaradərili belə öldürüldü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.