Dünya

Braziliyada nümayişçilər və polis arasında toqquşmalar

1 Sentyabr 2016 08:58
0 Şərh     Baxış: 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyanın San-Paulu şəhərində baş verən kütləvi etiraz aksiyalar zamanı nümayişçilər və polis arasında toqquşmalar baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, etirazlar prezident Dilma Rousseffə impiçment elan edilməsindən sonra başlayıb.
 
Polis sabiq prezidentin tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar isə  polisə daş və tüstü bombaları atıb. D.Roussef impiçment qərarını  dövlət çevrilişinə cəhd kimi qiymətləndirib.
 
Avqustun 31-də Braziliyanın Federal Senatı vəzifəsindən müvəqqəti kənarlaşdırılan Dilma Rousseffin impiçmentini səs çoxluğu ilə təsdiqləyib. 2018-ci ildə keçiriləcək yeni seçkilərədək Braziliyaya vitse-prezident Mişel Temer başçılıq edəcək.
 
2011-ci ildən ölkəyə rəhbərlik edən D.Roussefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri "Petrobras" Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin, D. Rousseff büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.