Dünya

Braziliya üç ölkədən səfirlərini geri çağırır

1 Sentyabr 2016 08:38
0 Şərh     Baxış: 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya hökuməti 3 ölkədəki səfirlərini geri çağırmaq qərarına gəlib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Braziliya XİN-dəki mənbə bildirib.
 
"Braziliyanın Venesuela, Ekvador və Boliviyadakı səfirləri geri çağırılacaq", deyə mənbə bildirib.
 
Qeyd edək ki, avqustun 31-də Braziliyanın Federal Senatı vəzifəsindən müvəqqəti kənarlaşdırılan Dilma Rousseffin impiçmentini səs çoxluğu ilə təsdiqləyib. Buna etiraz olaraq əvvəl Venesuela, sonra isə Ekvadorla Boliviya səfirlərini Braziliyadan geri çağırıblar. Hər üç ölkənin prezidenti Dilma Roussefflə bağlı qəbul olunan qərarı qəbul etmədiklərini bildiriblər.
 
Xatırladaq ki, yeni seçkilər keçirilənədək Braziliyaya vitse-prezident Mişel Temer başçılıq edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.