Dünya

İtaliyada yenə zəlzələ baş verib

31 Avqust 2016 23:45
1 Şərh     Baxış: 1 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın mərkəzi bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Norça şəhərindən (Umbriya vilayəti) 7 km şimal-şərqdə, ocağı isə 6 km dərinlikdə yerləşib.
 
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
 
Qeyd edək, avqustun 23-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə zəlzələ baş verib. Latsio, Umbriya və Marka vilayətlərində ciddi dağıntılar baş verib, 300-ə yaxın insan təbii fəlakətin qurbanı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.