Dünya

Məhbus məhkəmə zalından qaçıb

31 Avqust 2016 21:27
0 Şərh     Baxış: 2 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Rustavi şəhərində məhbus məhkəmə zalının gözləmə otağından qaçıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, əlində plastilindən düzəldilmiş saxta "qumbara" tutan məhbus məhkəmə binasına çağırılan təcili yardım briqadasını və onu gətirən konvoyu qorxudaraq özünü pəncərədən ataraq qaçıb. Dəqiqləşdirilməmiş  məlumata görə, onu məhkəmə ərazisində naməlum avtomobil gözləyirmiş. Hazırda qaçan məhbusun axtarışı davam edir.

Hadisə ilə bağlı Gürcüstanın cəzaçəkmə və probasiya nazirliyi bəyanat yayımlayıb. Bəyanatda bildirilir ki, O.Q. adlı məhbus ittiham olunmaq üçün Rustavi Şəhər Məhkəməsinə aparılıb və məhkəmə prosesinədək məhbusun halı pisləşdiyindən təcili yardım briqadası çağırılıb. Tibb briqadası gəldikdən sonra məhbus qaçmağı bacarıb.
 
Məhbusun kimliyi və hansı maddə üzrə ittiham olunması barədə məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.