Dünya

Ən qədim insanın ölüm səbəbi tapıldı

31 Avqust 2016 17:57
14 Şərh     Baxış: 9 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elm adamları dünyanın ən qədim insan skeleti üzərində apardıqları araşdırmalardan sonra maraqlı nəticəyə gəliblər.

Milli.Az moderator.az-a istinadən bildirir ki, müasir elmə bəlli olan ən qədim insan skeletinin 3,18 milyon yaş var. Alimlərin şərti olaraq Luzi adlandırdıqları skelet Efiopiya ərazisində tapılıb. Alimlər müasir elmin texniki imkanlarından istifadə edərək skeleti bir daha tədqiq ediblər. Nəticədə üç milyon ildən çox tarixi sirr üzə çıxıb. Dünyanın elmə bəlli olan ən qədim insanı ağacdan yıxılaraq dünyasını dəyişib. 

Tədqiqatlara rəhbərlik edən Texas Universitetinin professoru, antropoloq Con Kappelman da faktı təsdiqləyib. O dünya elminin bildiyi ən qədim insanın ağacdan yıxılandan sonra aldığı zədələr nəticəsində dünyasını dəyişdiyini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.