Dünya

Ərdoğandan tarixi "HƏ"

31 Avqust 2016 16:25
1 Şərh     Baxış: 5 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə münasibətlərin normallaşması qanununu təsdiqləyib.
   
Milli.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğan, "Türkiyə Respublikası ilə İsrail Dövləti arasında Təzminat haqqında müqavilənin təsdiqlənməyə uyğun olduğuna Dair Qanun"u yayımlanmaq üçün Baş Nazirliyə göndərib.

Qeyd edək ki, müqavilədə göstərilir ki, "Mavi Mərmərə" gəmisində öldürülən Türkiyə vətəndaşlarının ailələri üçün nəzərdə tutulmuş 20 milyon dollarlıq təzminat müqavilə qüvvəyə minəndən sonra 25 gün ərzində ödəniləcək. Həmçinin bildirilir ki, "Mavi Mərmərə" olayı ilə bağlı İsrailli dövlət adamları və hərbçilərə qarşı Türkiyədə açılmış cinayət işləri ləğv olunacaq. Bununla yanaşı, hər iki ölkənin qarşılıqlı olaraq səfirlər təyin edəcəyi gözlənilir.

Təhməz Təkin

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.