Dünya

Qıza göz qoyan yoqa müəllimi onu zorladı

31 Avqust 2016 11:04
7 Şərh     Baxış: 4 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Hər kəs üçün İdman Federasiyasının Ankarada təşkil etdiyi yoqa məşqçilik kursunda biabırçı olay yaşanıb.

Milli.Az Türkiyə KİV-inə istinadən hadisənin təfərrüatını təqdim edir:

İstanbulun Beşiktaş hissəsində yaşayan 30 yaşlı N.B. keçən il sertifikat proqramına qatılmaq üçün müraciət edib. Qazi Universitetinə qəbul olan qız, iddiaya görə, təlimçi Boran A.-nın qəribə baxışlarından şübhələnib. Məşqləri izləməyə gedən təlimçi N.B.-dən: "Qalmağa yerin varmı?" - deyə soruşub. Cavab verməyən gənc qadının dizlərini tutaraq təcavüz edib. N.B. müqavimət göstərməyə çalışan zaman Boran A.: "Doğrunun nə olduğunu öyrədəcəyəm sənə, öldürəcəm səni. Qaldığın yeri bilirəm", - təhdidləri edib. Kursa getməyən N.B. təlimçidən polisə şikayət edib.

Prokurorluq təlimçi Boran A. haqda "təhdid, təhqir, zorlama" cinayətləri ilə 16 ilə qədər həbs tələbiylə iddia açıb.

Təhməz Təkin

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.