Dünya

Terror aktları törətməyi planlaşdıran İŞİD üzvləri həbs ediliblər

31 Avqust 2016 09:14
0 Şərh     Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Malayziyanın hüquq-mühafizə orqanları müstəqillik günü ərəfəsində terror aktları planlaşdıran 3 İŞİD üzvünü həbs edib.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə ölkə polisinin rəhbəri Xalid Əbu Bəkrin bəyanatında deyilir.

Onun sözlərinə görə, qruplaşmanın rəhbəri Məhəmməd Vandi olub. "Həbs olunanlar ekstremistlər tərəfindən göstəriş alaraq xüsusən ticarət-əyləncə mərkəzlərində, polis məntəqələrində, eləcə də Selanqor ştatındakı hindu məbədin ştatına hücum planlaşdırıblar", - deyə ölkənin baş polisi məlumat verib.
Xalid onu da əlavə edib ki, saxlanılanların 20-27 yaşı var. Onlardan odlu silah və qumbara götürülüb.

Gənclər terror aktları törətdikdən sonra Malayziyanı tərk edərək Suriyaya getməyi planlaşdırıblar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.