Dünya

Şimali Koreyanın təhsil nazirinin müavini edam edilib

31 Avqust 2016 08:30
2 Şərh     Baxış: 3 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Koreyada təhsil nazirinin müavini Kim Yon Çol edam edilib, daha iki yüksək vəzifəli məmura isə şiddətli töhmət verilib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın Birləşmə Nazirliyinin rəsmi nümayəndəsi Çon Çjun Hi deyib.     
 
Onun sözlərinə görə, daxili məsələlərə cavabdeh olan Kim Yon Çola "inqilabi addımlar"ın atılmasına dair tapşırıqlar verilmişdi. Çon Çjun Hi təfərrüatları açıqlamayıb.
 
Qeyd edək ki, bundan əvvəl iki məmur KXDR lideri Kim Çen Inın şəxsi əmri ilə iriçaplı zenit-top qurğusundan atəş açılmaqla edam olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.