Dünya

Ərdoğan və Putin nəyi müzakirə edəcək?

30 Avqust 2016 23:33
0 Şərh     Baxış: 1 290
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Çində Akkuyu AES-i və "Türk Axını" layihəsi ilə bağlı müzakirələr aparması gözlənilir.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib.
 
"Xançjou şəhərində planlaşdırılan görüşdə tərəflər arasında strateji layihələrlə bağlı fikir mübadiləsi yürüdüləcək. Türkiyənin ilk Atom Elektrik Stansiyası olan "Akkuyu"nun inşası və "Türk Axını" layihəsi ilə bağlı Qara dənizdən keçəcək qaz boru xətlərinin təhlükəsizliyi məsələsi müzakirə olunacaq", - Uşakov bildirib.
 
Qeyd edək ki, prezidentlər 3 sentyabrda Çində bir araya gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.