Dünya

Atilla Taş da tutuldu

30 Avqust 2016 23:22
1 Şərh     Baxış: 4 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə FETÖ ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində məşhur müğənni və köşə yazarı Atilla Taş da saxlanılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən 35 nəfərin saxlanması barədə qərar verilib. Onlardan 9-u saxlanılsa da, Atilla Taş da daxil olmaqla 26 nəfər axtarışlara baxmayaraq tapılmayıb.

Evində tapılmayan müğənni sosial şəbəkədə "Haqqımda saxlanılma qərarı olsaydı, hər halda xəbər verərdilər. Qaçaq filan deyiləm. Qaçmaq, qorxmaq üçün heç bir səbəbim də yoxdur. Yerim-yurdum bəllidir. İfadəni harda verməliyik, deyin, elə indi gəlim. Mənim ölkəmə qarşı tək bir xəyanətimi tapsalar, özümü elə o an asaram! Ürəyim rahat, başım dik, alnım təmizdir. İstəyirsiz gəlin aparın, ya da özüm gəlim",- deyə yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.