Dünya

Özbəkistan bayrama hazırlaşır

30 Avqust 2016 14:02
0 Şərh     Baxış: 1 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistan paytaxtı Daşkəndin "hokimiyat"ı (şəhər icra hakimiyyəti) ölkənin Müstəqillik Günü ilə bağlı bayram tədbirlərinin keçiriləcəyi məkanların siyahısını açıqlayıb.

Milli.Az hokimiyatın rəsmi saytına istinadən bildirir ki, Özbəkistanın dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar olaraq Daşkənddə bayram tədbirləri sentyabrın 1-də səhər saat 11-də başlayıb 18-də başa çatacaq. 

Daşkənd sakinlərinə və paytaxtın qonaqlarına bayram tədbirlərinə qatılmaq üçün Əlişir Nəvai, Abdulla Kadıri, Babur Mirzo, Uluqbəy, Furkat, Qafur Qulam, "Lokomotiv", "Kuyoşça nuri" parkları, habelə Daşkənd zooparkı, Dövlət Sirki, Müdafiə Nazirliyinin Maarifçilik və Mənəviyyat Mərkəzinin qarşısındakı meydanlar, "Baxt diyor" məhəlləsinin qarşısı təklif olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.