Qadın paltarında Türkiyəyə girmək istəyən terrorçu öldürülüb.
Milli.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Suriyanın Türkiyə ilə sərhəd kəndi Bablemunda qadın paltarı geyinib adi vətəndaşların arasına qatılan bir İŞİD-çi son anda özünü ələ verib. İŞİD üzvü olduğu deyilən şəxs Azad Suriya Ordusunun (ASO) əsgərləri tərəfindən öldürülüb.
Daha 3 İŞİD-çinin isə tutularaq Çobanbəydə həbsə alındığı deyilir.
Təhməz Təkin
Milli.Az