Dünya

PKK-nın "qara qutusu" öldü

30 Avqust 2016 10:46
3 Şərh     Baxış: 2 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20 ildir axtarılan və Rusiyada saxta pasportla gəzərkən, MİT-in Rusiya Gizli Xidmətində koordinatlarını verməsi nəticəsində saxlanılan Məcit Gümüş 14 iyul 2011-ci ildə Türkiyənin diplomatik cəhdləri nəticəsində ekstradisiya olunmuşdu.

Diyarbakır 6 saylı Ağır Cəza Məhkəməsində mühakimə olunan Gümüş 22 il 6 ay həbs cəzasına məhkum edilmişdi.

1 İL ƏVVƏL AZAD OLDU

Gümüş həbsxanada olarkən tez-tez səhhətindən şikayətçi olurmuş. Ağciyər və tənəffüs çatışmazlığı səbəbindən onun həbsxana şəraitində qalmasının uyğun olmadığı barədə qərar çıxarılınca, 1 il əvvəl müalicə olması üçün azadlığa buraxılmışdı.

Ancaq Gümüş müalicə olmaq əvəzinə yenidən PKK sıralarına qatıldı. İraqın Süleymaniyyə şəhərinə köçən Məcid burada da 3 ay əvvəl səhhəti pisləşincə bir xəstəxanada müalicə olunnmağa başladı.

XƏSTƏXANADA ÖLDÜ

Bütün cəhdlərə rəğmən  22 avqustda xəstəxanada öldü. "Sabah"ın verdiyi məlumata görə, Gümüş öz vəsiyyəti ilə Kandil dağında, terrorçuların da qatıldığı mərasimlə dəfn edilib.

Təhməz Təkin

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.