Dünya

Klintonun köməkçisi şorgöz ərindən boşanır - FOTO

30 Avqust 2016 09:57
0 Şərh     Baxış: 1 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın sabiq dövlət katibi, Demokrat Partiyasından prezidentliyə namizəd Hillari Klintonun xarici siyasət məsələləri üzrə müşaviri Huma Abidin boşanır. O, bəyan edir ki, ərindən - sabiq siyasətçi Entoni Uinerdən ayrı yaşamağa qərar verib.

Milli.Az New York Post-a istinadən bildirir ki, Huma Abidinin açıqlamasında deyilir: "Uzun sürən və ağrılı düşüncələrdən, nikahımla bağlı götür-qoydan sonra ərimdən ayrı yaşamaq qərarına gəldim".

Entoni Uinerin Twitter-də kimliyi hələlik açıqlanmayan bir qadınla açıq-saçıq məzmunlu yazışmalarda olduğu aşkarlanmışdı.
Uinerin bu qadına yolladığı foto da yayılıb. Həmin fotoda Uiner uşaqla yataqdadır.

Entoni Uiner əvvəllər də sosial şəbəkələrdə əxlaqsız mesajlar yazmaqla məşğuldu. 2011-ci ildə o, Twitter-də bir qadına tərbiyəsiz fotolar və mətnlər yollamışdı və bu yazışmanın faş olması Uinerin siyasi karyerasına son qoymuşdu. ABŞ Konqresində Nyu-York ştatını təmsil edən Uiner konqresmen postundan istefa verməli olmuşdu.

2013-cü ildə məhz bu qalmaqala görə o, Nyu-York meri postuna keçirilən seçkiləri uduzmuşdu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.