Dünya

Bişkekdə partlayış: ölən və yaralılar var - YENİLƏNİB - VİDEO

30 Avqust 2016 12:02
0 Şərh     Baxış: 2 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:02

Qırğızıstan hökuməti Çinin Bişkekdəki səfirliyinin ərazisindəki partlayışı terror aktı hesab edir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Qırğızıstan hökumətində ölkədə ictimai təhlükəsizliyin təmin edilməsi məsələsi üzrə müşavirə keçiriləcək.

X X X

Çinin Bişkekdəki səfirliyinin ərazisindəki partlayışı intiharçı terrorçu törədib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Qırğızıstanın baş nazirinin müavini Jeniş Razakov deyib.

-----------

09:01

Bu gün Çinin Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən səfirliyi yanında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2-si yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

----------

08:57

Bişkekin cənubunda, Çinin Qırğızıstandakı səfirliyi yanında partlayış baş verib. Trend-in "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, partlayış yeri polis əməkdaşları tərəfindən bağlanılıb.

Partlayış nəticəsində bir nəfər ölüb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Опубликовано видео с места взрыва в Бишкеке

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.