Dünya

Donbasda 500 nəfər itkin düşüb

30 Avqust 2016 08:13
0 Şərh     Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Donbasda baş verən silahlı münaqişə nəticəsində 500 nəfər itkin düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radası sədrinin birinci müavini İrina Qeraşşenko ICTV telekanalına müsahibə verərkən deyib.
 
"Təmas qrupunda Ukraynanın nümayəndə kimi mənim başlıca vəzifəm Debaltsevo və digər faciəvi hadisələrdən sonra girov götürülən insanları azad etmək, itkin düşənləri tapmaqdır. Hazırda bizim siyahımız üzrə 500-dək insan itkin düşmüş hesab edilir", deyə İ.Qeraşşenko vurğulayıb.
 
Onun sözlərinə görə, məsələ ilə əlaqədar avqustun 30-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiyası Ukraynaya səfər edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.