Dünya

Ağ Ev: Pekində Obama ilə Putin arasında qeyri-rəsmi görüş keçirilə bilər

29 Avqust 2016 23:22
0 Şərh     Baxış: 1 231
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yaxınlarda Pekində baş tutacaq "G-20" sammitində ABŞ və Rusiya prezidentlərinin qeyri-rəsmi görüşü keçirilə bilər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin köməkçisi Ben Rods bəyan edib.
 
"İkitərəfli rəsmi görüş nəzərdə tutulmayıb. Lakin biz həmişə ABŞ və Rusiya prezidentlərinin birgə iştirak etdikləri sammitlərdə qeyri-rəsmi də olsa bir araya gəlmələrinə çalışırıq. Güman edirəm ki, prezidentlər Suriya və Ukraynadakı vəziyyəti müzakirə etməyə imkan tapacaqlar", deyə B.Rods bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.